Ceyhun Aresdən “Paranormal” mahnı
    • 15-10-2022, 09:56
    • 400

Ceyhun Aresdən “Paranormal” mahnı

Müğənni Ceyhun Ares yeni mahnısını və ona çəkdirdiyi klipi təqdim edib.

News24.az xəbər verir ki, “Əğyar” ifası ilə tanınan sənətçinin yeni mahnısı “Paranormal” adlanır.


Bəstə sənətçinin rəsmi “YouTube” kanalında və digər platformalarda artıq yayımdadır.

Sözləri və musiqisi Çingiz Əliyevə məxsus olan ifaya İslam Şirvani öz aranjımanı ilə nəfəs verib. Klipi tanınmış ifaçı, rejissor Tofiq Hacıyev çəkib.

Klipdə baş rolu isə Türkiyədə tarixi filmlərdə rol almış Vüqar Heydərov canlandırıb.

Mahnı və klip hər kəsin həyatında fərqli-fərqli yaşadığı paranormal zamanlardan bəhs edir.