Evin həbsxanasındakı insidentin qarşısı alınıb - YENİLƏNİB
    • 15-10-2022, 23:58
    • 298

Evin həbsxanasındakı insidentin qarşısı alınıb - YENİLƏNİB

Tehranda Evin cəzaçəkmə müəssisəsində nəzarətçilərlə məhbuslar arasında toqquşma baş verib.

Bu barədə ISNA məlumat yayıb.

Bildirilib ki, məhbuslar həbsxananın geyim anbarında yanğın törədib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Hazırda həbsxananın ərazisində yanğın lokallaşdırılıb.

Məhbuslar arasındakı münaqişə nəzarət altına alınıb.

**
22:53

İranın paytaxtı Tehranda Evin həbsxanasında yanğın baş verib.


Bəzi sosial şəbəkə istifadəçiləri fotolar yayımlayaraq iddia ediblər ki, Evin həbsxanasında yanğın olub.

Bu xəbər rəsmilər tərəfindən hələlik təsdiqlənməyib./APA/