Zibillikdə gecələyən qadın və azyaşlı ilə bağlı YENİ XƏBƏR: Onlar həmin ərazidən...
    • 17-10-2022, 16:40
    • 328

Zibillikdə gecələyən qadın və azyaşlı ilə bağlı YENİ XƏBƏR: Onlar həmin ərazidən...

Sosial şəbəkələrdə qadın və azyaşlının küçədə gecələməsi ilə bağlı görüntülər yayılıb. Hadisə paytaxt ərazisində baş verib. 

News24.az-ın əməkdaşları təfərrüatları öyrənmək üçün qadın və azyaşlının gecələdiyi əraziyə yollanıb.

Ancaq məlum olub ki, qadın və azyaşlı həmin ərazidə deyil. 

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq.

DİN-dən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qadın və övladı məskunlaşdığı ərazidən qaçıb.

Xatırladaq ki, görüntülər paytaxtın Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında lentə alınıb. İlkin məlumata görə, ana və övladı ərazidəki qəbiristanlığın yanındakı zibillikdə gecələyib.