Azərbaycanlı müğənni vəfat etdi
    • 8-01-2019, 15:36
    • 1 886

Azərbaycanlı müğənni vəfat etdi

Uzun illərdi efirlərdə görünməyən Tamilla Bağırova 70 yaşında vəfat edib.

Bu barədə sənətçinin qızı Leyla Bəhramova məlumat verib. Onun sözlərinə görə, müğənni ürək çatışmazlığından və şəkər xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Tamilla Bağırova 1949-cu ilin may ayının 10-unda Bakı şəhərində anadan olub. O uzun ilər F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının solistlərindən biri olub. 90-cı illərin ortalarından yaradıcılığına fasilə verib.

//FemidaAz