ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
    • 18-10-2022, 21:42
    • 298

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-ın Ohayo ştatının Marietta şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

News24.az  xəbər verir ki, bu barədə çərşənbə axşamı CNN ştatın magistral patrul xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarə diler mərkəzinin dayanacağında qəzaya uğrayıb, nəticədə pilot və sərnişin həlak olub. Qəza zamanı avtomobillərə və diler mərkəzinin binasına ziyan dəyib.

Qeyd edilir ki, təyyarə yerə düşdükdən sonra alovlanıb, yanğın söndürülüb.

ABŞ-ın Federal Aviasiya Administrasiyası və Nəqliyyatda Təhlükəsizlik Milli Şurası insidentlə bağlı araşdırma aparır.