BDU-nun dosenti vəfat edib - FOTO
    • 20-10-2022, 15:31
    • 211

BDU-nun dosenti vəfat edib - FOTO

BDU-nun dosenti vəfat edib.

News24.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dosenti Oktay Zaman oğlu Qarabəylı bu gün dünyasını dəyişib.

Oktay Qarabəyli 1943-cü ildə anadan olub. O, BDU-nun Biologiya və kimya müəllimliyi fakültəsində təhsil alıb. 1978-ci ildə “Orta və Cənubi Xəzərdə qarınayaq ilbiz növlərinin yayılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1979-cu ildə biologiya elmləri namizədi alimlik dərəcəsini, 1995-ci ildə dosent elmi adını alıb.

Onurğasızlar zoologiyası, Hidrobiologiya, Onurğasız heyvanların müqayisəli anatomiyası fənlərini tədris edib. Torpaq ilbizlərinin növ tərkibi və bioekoloji xüsusiyyətləri sahəsində tədqiqat aparıb.

Allah rəhmət eləsin!