Türkiyədə Azərbaycanın müstəqilliyi mövzusunda tədbir keçirildi
    • 21-10-2022, 00:33
    • 168

Türkiyədə Azərbaycanın müstəqilliyi mövzusunda tədbir keçirildi

Türkiyənin Eskişehir şəhərində fəaliyyət göstərən Azərbaycanlılar Dərnəyinin ənənəvi olaraq təşkil etdiyi “Çərşənbə Söhbətləri”nin bu həftəki mövzusu Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 31-ci ildönümünə həsr olunub.

News24.az xəbər verir ki, “Azərbaycanda müstəqillik prosesi” mövzusunda baş tutan tədbirdə çıxış edən dərnəyin sədri Sirac Yaquboğlu müstəqilliyin əldə edilməsi dövründə ortaya çıxan çətinliklər və bu zaman ərzində qət edilən yol barədə danışıb.

Qeyd edilib ki, Ali Sovetdə ilk səsvermələrdən sonra müstəqilliyə nail olunmadı. Beləliklə, oktyabrın 18-də xalqın iradəsini əks etdirən səsvermə nəticəsində 258 millət vəkili yekdilliklə müstəqilliyə "hə" deyib. Azərbaycan müstəqillik haqqında qərar qəbul etdikdən bir neçə ay sonra Sovet İttifaqı tamamilə parçalanıb. 20 Yanvar hadisələri bu müstəqilliyin ən böyük faktorlarından biridir. Azərbaycan xalqı Sovet İttifaqının uydurduğu yalana inanmayaraq öz taleyini özü cızdı.

Natiq Azərbaycan torpaqlarındakı ermənilərin qədim şəhərlərimizə yerləşdirilməsi, hansı qərarlarla Zəngəzurun ayrılması, Qarabağ probleminin ortaya çıxması, repressiya qurbanları, o dövrdə edilən sürgün və ölümlər kimi bir çox hadisələrdən bəhs edib.

Daha sonra Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi şanlı Zəfərinin əhəmiyyəti haqqında danışılıb.