Bakıda Cennifer Lopezin imzaladığı FOTOlar satılır
    • 21-10-2022, 15:31
    • 270

Bakıda Cennifer Lopezin imzaladığı FOTOlar satılır

Dünyaca məşhur amerikalı müğənnilər Cennifer Lopez və Ledi Qaqaya məxsus əşyalar Azərbaycanda satışa çıxarılıb.

News24.az "Lent.az"-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdəki hərrac səhifələrindən birində məlumat paylaşılıb. Bildirilib ki, hər iki müğənniyə aid onların şəxsi imzası olan fotoları hərrac yolu ilə satışa qoyulub.

Hər foto orijinaldır və sertifikatları da var.

Hərracların ilkin və minimal artım qiyməti 5 manatdır.

Ledi Qaqanın imzalı fotosu 50 manat təkliflə satılıb.

Cennifer Lopezin fotosuna isə hələlik təklif edilən ən yüksək məbləğ 20 manatdır. Hərrac bu gün 23:00-dək davam edəcək.