-
- 21-10-2022, 21:58
- 267
“Rəqəmsal terror” - ölkələrin milli təhlükəsizliyinə təhdiddir - Ərdoğan
Bu gün “rəqəmsal terrorizm” təkcə demokratiya və ictimai asayiş üçün deyil, həm də ölkələrin milli təhlükəsizliyi üçün açıq təhdiddir.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin informasiya nazirlərinin İstanbulda keçirilən 12-ci iclasının iştirakçılarına müraciət edərkən deyib.
"Təəssüf ki, bu gün dünyada milyonlarla insan yalan, saxta və təhrif olunmuş məlumatlara görə əziyyət çəkir", - deyə Türkiyə prezidenti bildirib.
Dövlət başçısı bəzi dairələrin Türkiyənin terrorla mübarizəyə verdiyi töhfəni gözdən salmaq cəhdlərini də tənqid edib:
"Türkiyə İŞİD terrorçularına qarşı “yerdə” uğurla mübarizə aparan yeganə ölkə olmasına baxmayaraq, bu həqiqətə zidd ittihamlara məruz qalırıq". /Trend/