Xınalıqda dəhşətli hadisədə ölən Raufun FOTOSU
    • 25-10-2022, 12:56
    • 3 552

Xınalıqda dəhşətli hadisədə ölən Raufun FOTOSU

Oktyabrın 23-də axşam saat 19 radələrində Qubanın yüksək dağlıq ərazisində - Xınalıq kəndində avtomobilin dərəyə yuvarlanması barədə xəbər vermişdik.

News24.az-ın məlumatına görə, ağır qəzada ölən 44 yaşlı Rauf Lalayev Xınalıqda yaşayırmış və təsərrüfatla məşğul olurmuş. O, turistlərə bələdçilik də edirmiş. Dəhşətli qəzada vəfat edən R.Lalayevin fosotunu təqdim edirik.

Qeyd edək ki, hadisə vaxtı 1974-cü il təvəllüdlü Şıxbaba Hacıyev dumanlı hava şəraitində idarə etdiyi "VAZ 2106" markalı avtomobillə torpaq yolda idarəetməni itirib.

Nəticədə avtomobil dərədən aşıb. Sürücü ağır xəsarət alıb, avtomobildə olan sərnişin 1978-ci il təvəllüdlü Rauf Lalayev isə hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.