-
- 27-10-2022, 11:53
- 857
"Qardaşoğlu"nun ölümü ilə bağlı TƏFƏRRÜAT - FOTOLAR - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, Türkiyədə azərbaycanlı kriminal avtoritet Elnur Qasımov qətlə yetirilib.
News24.az xəbər verir ki, hadisə İstanbulun Ataşehir adlanan ərazisində baş verib. Belə ki, “Qardaşoğlu” ləqəbi ilə tanınan Elnur Qasımov dostları ilə birlikdə küçədə olarkən avtomobillə gələn şəxslər tərəfindən silahlı hücuma məruz qalıb.
İnsidentdə Elnur Qasımov 6 güllə yarası alıb. Hücum edənlər avtomobillə ərazidən qaçıblar. Çox saylı güllə yarası alan Elnur isə dostları tərəfindən özəl xəstəxanaya aparılıb. Lakin o bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib. /Unikal/
***
11:06
İstanbulda azərbaycanlı kriminal avtoritet, “Qardaşoğlu” ləqəbi ilə tanınan Elnur Qasımov güllələnərək qətlə yetirilib.
News24.az "sfera.az"-a istinadla xəbər verir ki, oktyabrın 26-na keçən gecə ağır xəsarət alaraq İstanbuldakı özəl klinikalardan birinə çatdırılan Şərur rayon sakini E.Qasımovun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, “Qardaşoğlu” ləqəbli avtoritet Rövşən Lənkəranskinin klanına daxil olan Emin Naxçıvanskinin qardaşıdır. Belə ki, Elnur Qasımovun qardaşı Emin kriminal aləmin tanınmış simalarından biridir. “Emin Naxçıvanski” kimi tanınan avtoritet dəfələrlə həbsdə olub, sonuncu dəfə bu yaxınlarda həbsdən buraxılıb.
Fotoda Elnur Qasımov ("Qardaşoğlu") və qardaşı Emin Qasımov (Naxçıvanski)