-
- 27-10-2022, 18:47
- 493
Çingiz Abdullayevdən AYB qalmaqalına REAKSİYA: "Heç bir hadisə baş verməyib"
Xəbər verdiyimiz kimi, Çingiz Abdullayev qurultaya 203 min manat pul xərclənməsi haqda sual verən jurnalistə "sən utanıb ölmürsən" deyib.
Hadisəyə münasibət bildirən “Yeni Müsavat” qəzetinin baş direktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rauf Arifoğlu bildirib ki,“Çingiz Abdullayev təhqir etdiyi jurnalistdən üzr istəməlidir”.
News24.az bu fikirlə bağlı Xalq yazıçısı Çingiz Abdullayevlə əlaqə saxlayıb. O bildirib ki, hər şeydən razıdır:
"Çox yaxşıyam. Yazıçılar Birliyində heç bir hadisə baş verməyib. Mən razıyam. Çox sağ olun" deyərək dəstəyi asıb.
Qumral Əliyeva