Kəramət Böyükçöl prokurorluğa çağırıldı
    • 27-10-2022, 19:10
    • 319

Kəramət Böyükçöl prokurorluğa çağırıldı

"Məni Baş Prokurorluğun İstintaq idarəsinə çağırdılar".

News24.az xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçöl özünün sosial şəbəkə hesabında yazıb.

"Bu ölkədə artıq heç nə adamı təəccübləndirmir. Məni həbs eləsələr, dostlarımdan xahiş edirəm, oğlumdan və qızımdan muğayat olsunlar, bir də Elmlər Akademiyasının qabağındakı parkda heç kimi kitab satmağa qoymasınlar", - deyə K.Böyükçöl qeyd edib.

Bir qədər sonra Kəramət Böyükçöl prokurorluğa çağırılması ilə bağlı daha bir paylaşım edib.

"Yolda zəng etdilər ki, məsələ aydınlaşdı, gəlməyinə ehtiyac yoxdur", - deyə yazıçı bildirib.