Qarşılıqsız sevgi, əzab və xəyanət... - VİDEO
    • 28-10-2022, 12:31
    • 330

Qarşılıqsız sevgi, əzab və xəyanət... - VİDEO

Müğənni Dilarə Kazımova qarşılıqsız sevgidən bəhs edən musiqi layihəsini təqdim edib. 

News24.az xəbər verir ki, estrada ifaçısı söz və musiqisi Sheyh Ree-yə məxsus olan “Darıxsam da” bəstəsini ekranlaşdırmaq qərarına gəlib. 

Bunun üçün o, rejissor Nail Naiboğluya müraciət edib. Klip Bakıda lentə alınıb və sənətçi staytlinqi üzərində özü çalışıb.

Ekran işində Dilarədən əlavə, aktyor Şamo Həsənov da yer alıb. 
D. Kazımova mətbuata yaydığı açıqlamada mahnının hekayəsindən də danışıb:
“Mahnı qarşılıqsız sevgidən və eşqin necə əzab gətirdiyindən bəhs edir. Qəhrəmanımın onu aldadan sevgilisinə qarşı güclü hissləri var. Buna baxmayaraq, hələ də sevir və bundan əziyyət çəkir, ancaq onların fərqli olduğunu başa düşür və qəlbi buz bağlayır”. 

Sənətçinin fotolarını Kamran Ağayev lentə alıb.