İbrahimoviç karyerasını başa vurur?
    • 28-10-2022, 21:59
    • 169

İbrahimoviç karyerasını başa vurur?

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç ilin sonuna kimi zədəsini sağaltmaqda irəliləyiş əldə etməsə, karyerasını yanvarda başa vura biləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

News24.az
CNN-ə istinadən xəbər verir ki, 41 yaşlı oyunçu bu iddiaları təkzib edib:

 “Oyunuma böyük həvəsim var. Hər gündən həzz alıram, çünki düşünürəm ki, futbolu bitirəndə çox darıxacağam. Çalışıram ki, çox çalışan və sadəcə ritmi saxlayan bu gənclərlə ayaqlaşım.

Mən sağlam qalmaq istəyirəm və o səviyyədə olanda oynamağa davam edirəm. Nə qədər irəli gedə biləcəyimi görürəm. Nəticə göstərə bilsəm, yenə də oynayacağam. Əskik olduğum gün ətrafımdakı insanların dürüst olmalarını və artıq əvvəlki kimi olmadığımı demələrini istəyirəm, sonra realist olacağam.

Hər gün daha yaxşı olmaq istəyirəm. Məndə elə bir mentalitet var ki, öz üzərimdə kifayət qədər çalışmasam, özümü yaxşı hiss etmirəm. Bu, sizi bədəninizə meydan oxuyacağınız səviyyəyə aparırş Çünki hər şey özünüzə meydan oxumaqdan ibarətdir".