-
- 29-10-2022, 11:18
- 243
İran ordusunda türklərə qarşı repressiyalar - Güneyli fəaldan ŞOK DETALLAR
"Fars-molla rejiminin türk zabit və kadrlarına qarşı repressiyalara başlamasının səbəbi türklərə qarşı etnik diskriminasiya siyasətini silsilə şəklində davam etdirməkdir. Hökumət Doğu Azərbaycanımızda, Astarada, Ənzəlidə, Gilanın bir neçə bölgəsində türkləri öz yurdlarında köçürüb, başqa etnosların nümayəndələrini bu torpaqlara yerləşdirib".
News24.az xəbər verir ki, bu fikirləri bizim.media-ya açıqlamasında Türkiyədə yaşayan güneyli fəal, jurnalist-yazar Həsən Kərimzadə bildirib. Müsahibimiz Batı Azərbaycan ostanında da oxşar siyasətin aparılmasına diqqət çəkib:
"Eyni zamanda Urmiya gölünü qurutmaqla, bu əraziləri türklərdən təmizləyib, başqa xalqların nümayəndələrini bura yerləşdirmək istəyirlər. Bu təmizləməyə məktəblərdə, tarixi abidələrdə, dövlət vəzifələrində də görürük. Bir türkə heç vaxt dövlət idarəetməsində yüksək vəzifə tutmağa imkan vermirlər".
Həsən Kərimzadə İran ordusundan türk zabitlərinə qarşı başladılan repressiyalardan da danışıb:
"Türklərin ordudan təmizlənməsi fars-molla rejiminin etnik təmizləmə siyasətinin ən son mərhələsidir. Çünki bu rejim nə öz ideologiyasının, nə xalqının gücünə ayaqda deyil. Eyni zamanda həm daxildən, həm də xaricdən rejimə basqılar var. Fars hakimiyyəti yalnız ordusunun gücünə ayaqda qalıb və mövcudluğunu davam etdirmək üçün silahlı qüvvələrdə də türklərə qarşı təmizləmə siyasəti aparmalıdır.
Fars-molla rejiminin 44 illik hakimiyyəti dönəmində buna şahidlik etmişik. Lakin son dönəmlərdə bu proses xeyli sürətlənib. Bunun da əsas səbəbi 44 günlük müharibə və Qarabağın işğaldan azad olunmasıdır. 30 il idi ki, o torpaq işğalda idi. Onlar bu müddətdə bir dəfə olsun Azərbaycanla sərhəddə təlimlər keçirməyiblər. Amma torpaqlarımız azad edildikdən sonrakı 2 il ərzində orada 3 dəfə təlim keçiriblər".
Güneyli fəal sosial şəbəkələrdə son təlimlərdən yayılan görüntülərin Tehranda narahatlıq doğurduğundan da bəhs edib:
"O təlimlərdən yayılan görüntülərdən biri də bozqurd simvolu tutan türk əsgərləri idi. Və İslam Respublikası Qarabağ işğaldan azad olduqdan sonra bozqurd simvollarının daha çox yayıldığını gördükdə, sürətlə türk zabitləri ordudan uzaqlaşdırmağa başladı. Hətta türk bazalarında da bu proses gedir. Təbrizdə, Urmiyada bir sıra yüksək vəzifəli türk zabitlər ordudan kənarlaşdırıldı, təqaüdə göndərildi, həbs olundu. Hətta onlardan bəzilərini edam da etdilər. Çünki türk orduda qaldıqca bu fars-molla rejimi üçün təhlükədir".
Həsən Kərimzadə vurğulayıb ki, İran hakimiyyətinin bu təmizləmələri heç bir nəticə verməyəcək:
"Ona görə ki, İranda türklərin sayı əhali nisbətində daha çoxdur. Avtomatik olaraq orduda da bizim say nisbətimiz böyükdür. Digər tərəfdən farslarda hərbi istedad, təcrübə də aşağıdır. Ömür boyu orduda xidmət edən farsların sayı heç barmaq sayı qədər deyil. Türklərdə isə bu genetik istedad var. O, lazım gəldikdə türklük cəsarətini ortaya qoya bilir. Bunu İranda da aydın şəkildə görürük. Belə ki, türk 16 il fars məktəb və universitetlərində təhsil alsa da, bir türk filminə baxdıqdan sonra onun bütün təhsili ikinci planda qalır.
Türk həyatının "90-cı dəqiqə"sində yenidən öz kökünə qayıdır. İran ordusundakı türklər də həmin son dəqiqəyə gəldikdə fars-molla rejiminin yanında yer almayacaqlar. Onlar türk cümhuriyyətinin qurulması üçün cəsarətlərini ortaya qoyacaqlar. Bu səbəbdən, necə ki fars rejimi digər sahələrdəki etnik təmizləmələrlə istəklərinə nail ola bilməyib, eləcə də ordudakı repressiyalar nəticə verməyəcək".