Anar: “Çingiz jurnalistə nahaq elə deyib”
    • 2-11-2022, 23:38
    • 206

Anar: “Çingiz jurnalistə nahaq elə deyib”

Jurnalistin qurultayın keçirilməsi üçün ayrılan 203 min manat vəsaitin hara xərclənməsi haqda sualına Çingiz Abdullayev “Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən” deyə cavab vermiş, bu böyük rezonas doğurmuşdu.

News24.az xəbər verir ki, AYB sədri Anar “Teleqraf.com”a müsahibəsində Çingiz Abdullayevin bu cavabından təəssüfləndiyini bildirib.

"Nahaq elə deyib, gərək elə deməyərdi. Mənim haqqımda da yazırlar ki, “Anar nə vaxt öləcək?” Onlara nə deyim? Deyim ki, yaxşı edirsiniz? Gərək jurnalistin də mərifəti, tərbiyəsi olsun. Jurnalist olanda nə olar!? Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə də jurnalist olub. Jurnalistikamızın böyük ənənələri var. Nəcəf Nəcəfov kimi namuslu jurnalistimizi yada salaq”, - deyə Anar vurğulayıb.