Zəfər bayramı uşaqların gözündə
    • 4-11-2022, 14:32
    • 253

Zəfər bayramı uşaqların gözündə

Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 339 №-li körpələr evi-uşaq bağçasında Zəfər günü münasibəti ilə bayram tədbiri keçirilib.

News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə uşaqlar ilk öncə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad ediblər. Onlar daha sonra “Azərbaycan” mahnısını ifa ediblər.

Tədbir boyunca balacalar müharibə və qələbədən bəhs edən səhnəciklər göstərib, mahnılar oxuyub, şeirlər deyiblər.

Sonda uşaqlar “Azərbaycan” mahnısını ifa edərək tədbiri sonlandırıblar.