3000-ci ildə insanlar necə görünəcək? - FOTO
    • 5-11-2022, 11:23
    • 407

3000-ci ildə insanlar necə görünəcək? - FOTO

ABŞ-dakı texnoloji şirkət həddindən artıq telefon istifadəsi səbəbiylə insanların 3000-də necə görünəcəyini  bağlı araşdırma aparıb. 

News24.az xəbər verir ki, araşdırmada gününün çox hissəsini telefon və kompüter qarşısında keçirən insanın fotosu yayımlanıb.  

Paylaşılan foto qısa müddətdə böyük əks-səda doğurub. Belə ki, fotodakı insan forması görənləri qorxudub. Şəkildəki şəxsin həddindən artıq telefon işlətdiyi üçün boynunun əyildiyi, əli də sərt saxlanıldığı müşahidə edilib. Bundan əlavə, boyun nahiyəsinin qalınlaşması diqqət çəkən detallar arasında olub. /Unikal/