-
- 5-11-2022, 12:41
- 312
AZAL-a yeni birinci vitse-prezident TƏYİN OLUNDU
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Samir Rzayev qurumun I prezidenti təyin edilib.
News24.az AZAL-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qurumun digər I vitse-prezidenti isə əvvəlki qaydada Sabir İlyasov, vitse-prezidentləri isə yenə də İlham Əmirov, Fərdil Məmmədov və Eldar Hacıyevdir.
Xatırladaq ki, Nazirlər Kabineti noyabrın 3-də AZAL-ın Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında 30 aprel 2008-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, AZAL-ın İdarə Heyətinin (İH) tərkibi 7 nəfərdən — Cəmiyyətin prezidenti, iki Birinci vitse-prezidenti və dörd vitse-prezidentlərindən ibarətdir.
İndiyə qədər isə İH-nin tərkibi 7 nəfərdən — Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət olub.