Pakistanın ən böyük qülləsi Azərbaycan bayrağı ilə işıqlandırıldı
    • 8-11-2022, 13:22
    • 347

Pakistanın ən böyük qülləsi Azərbaycan bayrağı ilə işıqlandırıldı

Pakistanın ən böyük qülləsi olan “Minar-e-Pakistan” abidəsi Zəfər Gününün ildönümü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

News24.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, “Minar-e-Pakistan”ın Azərbaycan bayrağı ilə işıqlandırılması şəhər sakinlərində və qonaqlarda böyük maraq doğurub.

“Minar-e-Pakistan” Pakistanın yaradılması barədə olan Lahor qətnaməsinin xatirəsinə inşa olunub və milli əhəmiyyətə malik abidədir. Sözügedən abidə Pakistan tarixində ilk dəfə olaraq xarici ölkənin bayraq rəngləri ilə işıqlandırılıb.