"Apple" 2019-cu ildə üç "iPhone" modeli təqdim edəcək
    • 11-01-2019, 16:28
    • 1 154

"Apple" 2019-cu ildə üç "iPhone" modeli təqdim edəcək

"Apple Inc." bu ilin payızında üç yeni "iPhone" modelini, o cümlədən mayekristallik despleyə malik XR modelinə alternativ olan modeli təqdim etməyi planlaşdırır.

"Apple"ın hazırladığı yeniliklər arasında premial model üçün arxa paneldə üçlü, digər iki model üçün isə ikili kamera var", - mənbə deyib.
Mənəbinin sözlərinə görə, "Apple" 2020-ci ildə LCD ekranlı modeldən imtina edərək tamamilə orqanik işıq diodları (OLED) texnologiyasına keçə bilər. Artıq XS modellərində istifadə edilən bu ekranların daha ucuz mayekristallik ekranlarla müqayisədə daha yüksək kontrasta malik olduğu hesab edilir.

//Report