Bu bürclər sevə bilmir - SİYAHI
    • 11-01-2019, 16:42
    • 1 355

Bu bürclər sevə bilmir - SİYAHI

Mövcud olan hər bir bürcün nümayəndəsi mütləq olaraq xasiyyətcə bir-birindən fərqlənir. 

News24.az olaraq bu dəfə müxtəlif səbəblərdən sevə bilməyən 5 bürcü təqdim edirik:

Dolça

Bu bürcün nümayəndələri xəyallarla yaşayır. Onlar sevgiyə inanır, lakin ürəyini məhəbbətə aça bilmir. Dolçalar melodram janrında olan filmlərdəki sevgi haqda düşünürlər, hansısa kino qəhrəmanına aşıq olurlar. 

Əkizlər

Əkizlər aşiq olmağı sevirlər. Amma qəlblərinin qırılacağını düşünüb münasibətə son qoymağa üstünlük verirlər. 

Xərçəng

Bu bürc altında dünyaya gələnlər sərbəst insanlardır və bu da onların münasibətinə təsir edir. 

Azadlıqlarını itirmək qorxusu onları sevgidən uzaqlaşdırır. Məhəbbət xərçənglər üçün 1-ci sırada deyil. 

Qız

Qızların başqalarına etibar etmək kimi qorxuları var. Bütün sirrlərini gizlədir və kiminsə tərəfindən satqınlıqla qarşılaşmaqdan qorxur. 

Oğlaq

Hər şeyi həddindən artıq ideallaşdırır, insanlara deyil, özlərinin xəyalən fikirləşdikləri adamlara aşiq olurlar. Qurduqları “ideal” dünya dağılanda isə reallıqla qarşılaşma onlara çətin gəlir.

Teymur MƏMMƏDOV