Rəşad Dağlının atası: "Ortada artıq söz-söhbətlər yaranır"
    • 13-11-2022, 10:46
    • 505

Rəşad Dağlının atası: "Ortada artıq söz-söhbətlər yaranır"

"Heç bir validyen istəməz ki, övladı bu yerə gəlib çıxsın. Allah İsgəndərə rəhmət eləsin, Rəşadın isə qapısını açsın. Biz onların dərdinə şərik olacağıq. Bir-birimizi yola verəcəyik. Aramızda kin ola bilməz".

News24.az xəbər verir ki, bu sözləri Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində meyxanaçı Rəşad Dağlının atası Vaqif Əmirov deyib.

"Mətbuatdan xahiş edirəm ki, heç kim qapıya gəlməsin. Ortada artıq söz-söhbətlər yaranır. Qapıya gəlməyin, müsahibə verməyəcəyik", -deyə o, əlavə edib.