DTX əməliyyat keçirir - Saxlanılan məmurun adı məlum oldu - YENİLƏNİB
    • 16-11-2022, 12:21
    • 699

DTX əməliyyat keçirir - Saxlanılan məmurun adı məlum oldu - YENİLƏNİB

***
11:46
Hazırda Dövlət Təhlükəsizliyi Xidməti Beyləqan rayonunda əməliyyat həyata keçirir.

News24.az "AZfront" Teleqram kanalına istinadən xəbər verir ki, əməliyyat dövlət qurumlarından birinin yerli strukturunda keçirilir. İlkin məlumata görə, artıq dövlət qurumunun yerli strukturuna rəhbərlik edən şəxs saxlanılıb.

"Əməliyyat zamanı digər vəzifəli şəxslərin də saxlanılması mümküdür", - deyə məluatda bildirilir.

***
12:03
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beyləqanda keçirdiyi əməliyyat nəticəsində Dəyanət Atakişiyev saxlanılıb.

News24.az xəbər verir ki, Dəyanət Atakişiyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsinin arxiv şöbəsinin müdiri vəzifəsində çalışır.

O, rüşvət almaqda şübhəli bilinir.