Yelena Zelenskaya Qobustanla bağlı paylaşım etdi - FOTO
    • 16-11-2022, 15:18
    • 291

Yelena Zelenskaya Qobustanla bağlı paylaşım etdi - FOTO

Ukraynanın birinci xanımı Yelena Zelenskaya Azərbaycanın Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ilə bağlı paylaşım edib.

News24.az  xəbər verir ki, o, buradə "Instagram"  hesabında paylaşım edib.  

o bildirib ki, sözügedən qoruqda Ukrayna dilində audiobələdçi də var:

“Qobustan 6 mindən çox qayaüstü təsvir tapılmış unikal yerdir. Planetdə incəsənətin yarandığı ilk yerlərin biridir”.

Y. Zelenskaya qeyd edib ki, hazırda 32 ölkədə Ukrayna dilində 50 audibələdçi var və bu say gələcəkdə artacaq.

Qeyd edək ki, müxtəlif ölkələrdə Ukrayna dilində audiobələdçinin tətbiqi layihəsi birinci xanımın şəxsi təşəbbüsüdür.