Ötən sutka ərzində 19 yanğına çıxış olub - FHN
    • 17-11-2022, 11:07
    • 165

Ötən sutka ərzində 19 yanğına çıxış olub - FHN

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış, 9 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 13 nəfər xilas edilib, yanğın zamanı 2-si azyaşlı olmaqla 12 nəfər təxliyə olunub, bağlı qapı arxasında aşkar edilən 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. Həmçinin, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış zamanı 4 nəfər xəsarət alıb.