Tanınmış alimin oğlu faciəvi şəkildə öldü - FOTO - YENİLƏNİB
    • 21-11-2022, 10:59
    • 2 965

Tanınmış alimin oğlu faciəvi şəkildə öldü - FOTO - YENİLƏNİB

Bakıda ölümlə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, noyabrın 20-də saat 5 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini X.Əsədli sərxoş vəziyyətdə idarə etdiyi “BMW” markalı avtomobili maneəyə vurub. Nəticədə sərnişini olan avtomobilin sahibi, paytaxt sakini Nurlan Mənsimli hadisə yerində ölüb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən 28 yaşlı N.Mənsimli, tanınmış coğrafiyaçı alim Mirzəxan Mənsimovun oğludur. Mirzəxan Mənsimov həm də "İqlim" MMC şirkətinin rəhbəridir.


***

10:26


Bakıda sübh saatlarında ağır yol qəzası baş verib.

News24.az "Qafqazinfo"ya istinadən bildirir ki, saat 05:30 radələrində Səbail rayonu ərazisində - Şeyx Şamil və Abdulla Şaiq küçələrinin kəsişməsində (metronun "İçərişəhər" stansiyasının qarşısı) "BMW" markalı avtomobil sürücü 1993-cü il təvəllüdlü Xəlil Əsədlinin idarəetməsindən çıxaraq maneəyə çırpılıb. Nəticədə sərnişin, 1994-cü il təvəllüdlü Nurlan Mənsimli ağır xəsarətlər alıb və vəfat edib.

Bildirilir ki, qəzaya uğrayan avtomobil N.Mənsimliyə məxsus olub və həmin vaxt nəqliyyat vasitəsini onun dostu Xəlil idarə edirmiş.

Vəfat edən 28 yaşlı N.Mənsimli, tanınmış coğrafiyaçı alim Mirzəxan Mənsimovun oğludur. Mirzəxan Mənsimov həm də "İqlim" MMC şirkətinin rəhbəridir.