-
- 23-11-2022, 14:17
- 1 991
Yeni İl gecəsi Azərbaycanın hotellərindəki FANTASTİK QİYMƏTLƏR: Günə 1900 MANAT... - SİYAHI
Yeni ilin gəlməsinə sayılı günlər qalıb. Artıq vətəndaşlar bayram günləri ilə bağlı planlar qurmağa başlayıb. Ölkəmizdə təzə ili restoran və hotellərdə qarşılamaq istəyənlərin də sayı az deyil. Bu səbəbdən vətəndaşlarımız Azərbaycanın bölgələrində - əsasən, Quba, Qusar, Qəbələ, Şəki, Zaqatala və Balakən rayonlarına üz tuturlar.
Bəs, gəlin, görək, bayramqabağı restoran və hotellərdə qiymətlərlə bağlı vəziyyət nə yerdədir?
News24.az-ın əməkdaşı bölgələrimizdə daha çox müraciət olunan hotellərə vətəndaş kimi müraciət edib.
Qusar rayonunda yerləşən "Shahdag Mountain Resort" hotelindən əməkdaşımıza bildiriblər ki, bir günlük istirahət 1710 manata başa gəlir: "Burada 1 nəfərlik yeni il paketi 1710 manata təklif olunur. Paketə səhər və axşam yeməyi daxildir. Siz eyni zamanda əlavə ödəniş etmədən yeni il şənliyində də iştirak edə bilərsiniz".
"Qafqaz Tufandag Mountain Resort" hotelində bir gecəlik iki nəfərlik standart otaq 1390 manatdır: "Qiymətə yeni il şousu, şam yeməyi, spirtsiz içki, şərab daxildir".
"Shamakhi Palace Sharadil"də yeni ili qeyd etmək üçün isə minimum iki gecəlik qeydiyyatdan keçməlisiniz: "Burada iki günlük istirahət üçün 1400 manat ödəməlisiniz. Bir nəfər üçün qiymət 1200 manatdan başlayır. Gün ərzində üç dəfə qidalanma və konsert proqramı ödənişə daxildir".
"Marxal resort and spa" hotelində isə yalnız iki gecə rezervasiya etməklə dincəlmək mümkündür: "Burada iki nəfər üçün iki gün dincəlmək 1500 manata başa gəlir".
"Qafqaz Thermal & Spa Resort" hotelində iki nəfər iki gün dincəlmək üçün 1100 manat ödəməli olacaq.
"Quba palace"da iki nəfər üçün bütün xidmətlər daxil olmaqla istirahətin ümumi məbləğ 1899 manatdır.
"Qalaaltı" hoteldə iki nəfər üçün bir gecə 700 manat, bir nəfər üçün 500 manatdır.
"Relax" hotelində isə qiymətlət bir nəfər üçün 150 manatdan başlayır: "Qiymətə səhər və axşam yeməyi daxildir".
"Azərbaycanda əlamətdar günlərdə ənənəvi olaraq istirahət məkanlarında sıxlıq müşahidə olunur. Yerli turistlərin əksəriyyəti bölgələrdə dincəlməyə daha çox üstünlük verirlər. Bu üstünlük bölgələrdə sıxlıq yaradır və hotellərin qiymətinə də təsir edir".
Bu sözləri bölgələrdəki hotellərin qiymətindən News24.az-a danışan turizm üzrə ekspert Rəhman Quliyev deyib.
O bildirib ki, hotellərdə standart, yəni, nisbətən ucuz olan otaqlar öncədən rezervasiya olunur: "Artıq hotellərdə üst kateqoriya otaqlar, yəni suit, superior otaqlar satışda qalır. Xidmət səviyyəsi də yüksəldiyi üçün qiymətlər də ona uyğun müəyyənləşir. Ölkə vətəndaşları pandemiyadan əvvəl hava və quru yolları ilə qonşu Gürcüstana, eyni zamanda Türkiyə, Rusiya səyahət edə bilirdilər. İndi isə quru sərhədlərinin bağlı olması, eyni zamanda təyyarələrin məhdud sayda uçması, təyyarə biletlərinin bahalaşması istər-istəməz bölgələrdə də sıxlıq yaradır".
Ekspert hotellərin hazırki qiymətlərinə də nəzər salıb: "Qusar, Quba rayonlarında beş ulduz hotellərdə qiymət 250 -300 manat arası dəyişir. Əlbəttə ki, qiymətə bir gecə qalmaq və səhər yeməyi daxildir. Şəki, Qax, Zaqatala bölgəsində beş ulduz hotellər nisbətən ucuzdur. Bu da məsafə baxımından insanların ora nisbətən az getməsi ilə əlaqədardır. Bu bölgələrdə 150-200 manat qiyməti olan hotellər də var, 80-150 manat da. Qış aylarında ən az tələbat isə cənub bölgəsinə olur. Bu da qar sezonunun cənub bölgəsində az olması ilə bağlıdır. Lənkəran, Masallı bölgəsində beş ulduz hotellərdə 100-150 manat arası dəyişən qiymətlər mövcuddur. Dörd ulduz hotellər isə 50-100 manata təklif olunur.
Yeni il paketləri təqdim edən hotellər də mövcuddur. Qəbələdə beş ulduz hotellərdə üç günlük səhər yeməyi və Yeni İl şənliyi də daxil olmaqla 1500 manata təklif edilir. Qusarda Şahdağ kompleksində isə 1500-2000 manatdan başlayan paketlər mövcuddur".
R. Quliyev əlavə edib ki, standart otaqlar ucuz təklif olunduğu üçün həmin otaqların sayında məhdudluq var: "Buna görə də öncədən qeydiyyatdan keçmək vətəndaşlar üçün daha əlverişli olar".
Qumral Əliyeva