Azərbaycanda məşhur biznesmen vəfat etdi
    • 25-11-2022, 15:23
    • 176

Azərbaycanda məşhur biznesmen vəfat etdi

Azərbaycan Sahibkarlar İttifaqı Konfederasiyasının Rəyasət Heyətinin üzvü, məşhur biznesmen Arif Həsənov vəfat edib.

News24.az
xəbər verir ki, iş adamı xəstəlik səbəbindən dünyasını dəyişib. 

A.Həsənov 1988-ci ildə “Neon” firmasını yaradıb. Bu şirkət uzun illərdir qida məhsulları istehsalı ilə məşğul olur.

Qeyd edək ki, Arif Həsənov həm də Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Asossasiyasının sədr müavini idi.