78 yaşlı məşhur aktyor təcavüzdə ittiham olunur
    • 25-11-2022, 17:53
    • 304

78 yaşlı məşhur aktyor təcavüzdə ittiham olunur

Cənubi Koreyanın "Squid game" serialının aktyoru O Yeonq-su cinsi təcavüzdə ittiham olunur.

News24.az "axşam.az"-a istinadən xəbər verir ki, bu barədə Koreyanın Yonhap agentliyi məlumat yayıb.

İttihamçı 78 yaşlı aktyorun 2017-ci ilin ortalarında bir qadının bədəninə uyğunsuz şəkildə toxunub. Cinsi istismara təhrik edilən qadın 2021-ci ilin dekabrında polisə müraciət etsə də, məsələ ilə bağlı iş qısa zamanda bağlanıb. Daha sonra zərərçəkmişin vəsatəti əsasında prokurorluq istintaqı bərpa edib.

Bununla belə Yeonq  iddiaları təkzib edib.

Qeyd edək ki, sözügedən ekran işində "001" nömrəli oyunçunu canlandıran aktyor "Qızıl qlobus" alan ilk koreyalıdır. O, sözügedən obraza görə "Emmi" mükafatına da layiq görülüb.