Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq - FOTO
    • 28-11-2022, 13:35
    • 368

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq - FOTO

Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq.

News24.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əksini tapıb.

Bu sahədə icraçı orqanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Mərkəzi Bankı (tövsiyə olunur) müəyyənləşib.

Qızıl sikkələr 2023-cü il fevral–may aylarında hazırlanmalıdır.