-
- 28-11-2022, 14:05
- 283
AMEA prezidenti: "İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır"
"İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır".
News24.az xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, İran mahiyyət etibarilə türk dövlətidir: "İran adlandırılan dövlətə ən qədim dövrlərdən başlayaraq Səlcuqlar, Xarəzmşahlar, Qəznəvilər, Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular, Teymurilər, Səfəvilər, Əfşarlar, Qacarlar kimi Azərbaycan-türk sülalələri hökmdarlıq ediblər. Fars şovinistləri ayrı-ayrı dövrlərdə, xüsusən də XX əsrdə İranda rəhbərliyi zəbt ediblər. Əsrlər boyu həmişə heç də mövcud rejimin bəyan etdiyi kimi İranda ümumi ünsiyyət dili fars dili deyil, Azərbaycan-türk dili olubdur. İndi də Tehran, Məşhəd və başqa böyük şəhərlərdə müxtəlif millətlərin nümayəndələri bir-birləri ilə ünsiyyət yaratmaq üçün Azərbaycan dilində danışırlar".
İ.Həbibbəyli xatırladıb ki, fars dili məhdud rəsmi dairələrin, Azərbaycan dili isə İranda yaşayan bütün xalqların ortaq ünsiyyət vasitəsidir: "Buna baxmayaraq, Dünya Azərbaycanlılarının lideri, Prezident İlham Əliyevin haqlı olaraq dediyi kimi, İranda məktəblərdə tədris olunmadığı üçün Azərbaycan dili məqsədli şəkildə “məişət dili səviyyəsinə endirilib”. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın ana dili olan Azərbaycan dilinə süni yollarla çoxlu sayda ərəb-fars sözləri, yad izafət tərkibləri daxil edildiyi üçün orada dilimizin qrammatik quruluşu, bədii üslubu, danışıq dili xüsusiyyətləri ciddi yadlaşdırılma təsirlərinə məruz qalıb".
"İran rejiminin Azərbaycan dilinə bu cür təcavüz etməsi orada yaşayan azərbaycanlıların dilinin qorunub saxlanılmasını təhlükə altına salıb. Bütün bunlara görə İranda orta və ali məktəblərdə Azərbaycan dili mütləq sistemli və davamlı şəkildə tədris olunmalıdır. Azsaylı ermənilər üçün məktəblər, radio və kilsələr açan, qəzetlər çap edən İran İslam Respublikası çoxmilyonlu azərbaycanlıların ana dlində təhsil almaq hüququnu tanımalıdır. İranda yaşayan 35 milyondan çox azərbaycanlının ana dilində təhsil almaq hüququndan məhrum edilməsi insan haqlarına və ümumiyyətlə insanlığa tamamilə zidd olan qəbuledilməz hadisədir. Cənubi Azərbaycanlıların hüquqları bərpa olunmalı, haqq etdikləri bütün azadlıqlar onlara verilməlidir" - AMEA-nın prezidenti əlavə edib.