Polis Buzovnadakı qətldə şübhəli bilinən şəxsi tutdu
    • 1-12-2022, 16:41
    • 273

Polis Buzovnadakı qətldə şübhəli bilinən şəxsi tutdu

Noyabrın 29-da Xəzər rayonu, Buzovna qəsəbəsində bir ailənin üç üzvünü qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

News24.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin ailənin keçmiş kürəkəni olduğu məlum olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Nofəl Səfərov törətdiyi cinayəti etiraf edib.