Azərbaycan-Türkiyə-Türkmənistan zirvə görüşünün vaxtı məlum olub
    • 3-12-2022, 22:37
    • 295

Azərbaycan-Türkiyə-Türkmənistan zirvə görüşünün vaxtı məlum olub

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdımuhəmmədovun iştirakı ilə üçtərəfli zirvə görüşü Türkmənistanın Avaza turizm zonasında (Türkmənbaşı şəh.) 13-14 dekabr tarixlərində keçiriləcək.

Bu barədə TASS agentliyi Türkmənistan Televiziyasına istinadla xəbər verib.

Bildirilib ki, Türkmənistan prezidenti tədbirlə bağlı müvafiq sərəncam imzalayıb. Tədbirin yüksək səviyyədə keçirilməsi Prezident Aparatına və XİN-ə həvalə olunub.