Azad olunmuş ərazilərdə daha 4 mina aşkarlandı
    • 5-12-2022, 13:03
    • 170

Azad olunmuş ərazilərdə daha 4 mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 52 partlamamış hərbi sursat aşkarlayıb.

ANAMA-dan News24.az-a verilən məlumata görə, noyabrın 28-dən dekabrın 2-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 4 mina və 52 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 117 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.