8 aylıq hamilə qadını öldürüb körpəsini oğurladılar
    • 6-12-2022, 09:30
    • 226

8 aylıq hamilə qadını öldürüb körpəsini oğurladılar

Meksikanın Nuevo Leon əyalətinin Eskobedo şəhərində taksiyə mindikdən sonra itən 8 aylıq hamilə qadının meyiti tapılıb.

News24.az
xəbər verir ki, 19 yaşlı Marta adlı gənc qadının cəsədinin öldürülən başqa bir qadının cəsədi ilə anbarda tapılıb.

Meksika prokurorluğunun qətl hadisəsi ilə bağlı etdiyi açıqlamada qadının körpəsinin oğurlandığı, özünün isə boğularaq öldürüldüyü qeyd edilib. 

Oğurlanan körpənin taleyi isə hələlik məlum deyil. /NTV Türkiyə/

Teymur Məmmədov