Kəlbəcərdə həlak olan Nahidin dəfnində BÖYÜK İZDİHAM – VİDEO
    • 7-12-2022, 13:11
    • 6 505

Kəlbəcərdə həlak olan Nahidin dəfnində BÖYÜK İZDİHAM – VİDEO

Kəlbəcərdə intihar etdiyi bildirilən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Nahid Əzməmmədov dəfn edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, N.ƏZməmmədov Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsində son mənzilə yola salınıb. Onun dəfnində minlərlə insan iştirak edib və böyük izdiham yaşanıb.

Qeyd edək ki, Respublika Hərbi Prokurorluğu ölüm hadisəsi barədə məılumat yayıb. Bildirilib ki,hərbi qulluqçu, əsgər Əziməmmədov Nahid Mahir oğlunun dekabrın 5-i odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib: “Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”.