-
- 7-12-2022, 21:32
- 232
Aİ Belarus müxalifətinə 25 milyon avro ayırıb
Avropa Komissiyası (AK) Belarusda vətəndaş cəmiyyətinin inkişafı və onun demokratik istəklərini dəstəkləmək üçün 25 milyon avro ayrıldığını elan edib.
News24.az xəbər verir ki, bu barədə AK-nin mətbuat xidməti məlumat yayıb.
“Avropa Komissiyası “EU4Belarus” proqramına 25 milyon avro maliyyə ayrılmasını təsdiqləyib. Proqram vətəndaş cəmiyyətinə, gənclərə, tələbələrə, universitet müəllimlərinə dəstək məqsədi daşıyır”, - sənəddə deyilir.
Proqram Belarusun vətəndaş fəallarına 450 təqaüd verilməsini və 500 fəalın mübadilə yolu ilə Aİ-yə dəvət olunmasını təmin edəcək.