Baş Dövlət Yol Polisi İdarəsi vakansiya elan edib
    • 7-12-2022, 22:58
    • 241

Baş Dövlət Yol Polisi İdarəsi vakansiya elan edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan idarəsi Salyan “ASAN xidmət” mərkəzi üzrə vakansiya elan edib.

İdarədən News24.az-a bildirilib ki, vakansiya ilə bağlı Salyan rayonunda daimi qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının qadın cinsli vətəndaşlar iştirak edə bilərlər.

Müsabiqəyə yaşı 20-30 arasında, boyu 160 santimetrdən yuxarı, ali və ya orta-ixtisas təhsili olan vətəndaşlar müraciət edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər dekabrın 10-dan 30-dək Bakı şəhərinin Xırdalan-Binəqədi şosesi 4 ünvanında yerləşən Baş Dövlət Yol Polisi İdarəsinə (iş günləri saat 10:00-dan 17:00-dək) müraciət edərək şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənəd, əmək kitabçası (olduqda) təqdim etməlidirlər.

Əlavə məlumat üçün telefon nömrələri: (012) 590-81-39-dur.