Azərbaycanda intihar edən tanınmış rəqqas bu kənddə dəfn edildi - Foto
    • 8-12-2022, 10:50
    • 217

Azərbaycanda intihar edən tanınmış rəqqas bu kənddə dəfn edildi - Foto

3 gün əvvəl Quba şəhərində kirayə yaşadığı mənzildə özünü asaraq intihar edən tanınmış rəqqas Dəyanət Məmmədov dəfn edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, həyatına son qoyan 31 yaşlı rəqqas Qubanın Gəray kəndində torpağa tapşırılıb.

Dostları bildirib ki, Dəyanət Məmmədovun çoxlu borcu olub və banklardan xeyli kredit götürübmüş.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.

Taleh BAĞIROV