“Qurban Məsimovun direktor olması əmri...” – TEATRDAN AÇIQLAMA
    • 9-12-2022, 15:07
    • 286

“Qurban Məsimovun direktor olması əmri...” – TEATRDAN AÇIQLAMA

Kukla Teatrından baş rejissoru Qurban Məsimovun direktor təyin edilməsi barədə yayılan xəbərlərə aydınlıq gətirilib. 

Teatrın mətbuat katibi Həmidə Rüstəmova News24-az-a açıqlamasında qeyd edib ki, rəsmi olaraq əmr gəlməyib: 

“Teatrda yoxlamalar davam etdirilir. Yoxlamalar bitdikdən sonra, nəticədən razı qalmasaq, Maliyyə Nazirliyinə müraciət olunacaq.

 Mediada yayılan xəbərə gəldikdə isə hər hansı təyinatla bağlı məlumatlı deyilik. Vəzifəyə təyin etmək və ya azad etmək səlahiyyəti Mədəniyyət Nazirliyinə məxsusdur. Bizə elə bir əmr gəlməyib.

Qeyd edək ki, yayılan məlumata görə, Qurban Məsimov teatrda baş verən qalmaqallardan kənarda qalmaq üçün rayonlardan birinə ezamiyyətə göndərilib.

O özü bu barədə bilirmiş və hətta teatrın əməkdaşlarına direktor təyin edildikdən dərhal sonra kollektivi dəyişəcəyi barədə xəbərdarlıq da edib.

Könül İbrahim