“Niyə tənqid edirlər, əxlaqsızlıq, zərərli vədriş təbliğ etmirik ki…”- Universitetdən tiktoker qalmaqalına REAKSİYA
    • 9-12-2022, 16:47
    • 263

“Niyə tənqid edirlər, əxlaqsızlıq, zərərli vədriş təbliğ etmirik ki…”- Universitetdən tiktoker qalmaqalına REAKSİYA

İqtisad universiteti təkcə tiktokerlərlə yox, cəmiyyətə faydalı olan insanlar ilə də görüş keçirir. Universitetə Əziz Sancar, Nobel mükafatçıları, məşhur ziyalılar da gəlib. Hər hansı mövzunu şişirtməzdən əvvəl xahiş edirəm ki, araşdırma aparsınlar".

Bu sözləri News24.az-a açıqlamasında İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnarə Kərimova deyib.

O bildirib ki, gənclərin  öz maraq dairəsi var: "Bu görüşləri tələbə təşkilatları həyata keçirir. Gələn qonaqlar tələbələrin istəklərinə uyğun çağırılır. Burada tənqid olunası nə var ki?! Heç bir əxlaqsızlığı, zərərli vərdişləri təbliğ etmirik”.

Qumral Əliyeva