"Grammy 2019"un aparıcısı bəlli oldu - FOTO
    • 16-01-2019, 13:27
    • 1 120

"Grammy 2019"un aparıcısı bəlli oldu - FOTO

10 fevral tarixində sayca 61-si baş tutacaq "Grammy 2019" mükafatlandırma gecəsinin aparıcı bəlli olub. 

News24.az xəbər verir ki, bu il aparıcısız keçiriləcək "Oskar"dan fərqli olaraq "Grammy"ni 37 yaşlı müğənni Alişa Kiz təqdim edəcək. 

15 dəfə sözügedən mükafatın lauretı olan müğənni hisslərini belə dilə gətirib:

"Çox həyacanlıyam. Qarşıda hələ çox işlərimiz var. Səhnədə olmağın və bununla fəxr etməyin nə olduğunu yaxşı bilirəm. Mənə bu şansı verdikləri üçün təşəkkür edirəm". 

Teymur MƏMMƏDOV