Göygöldə qəzada xəsarət alan tibbi bacısı xəstəxanada ölüb - FOTO
    • 12-12-2022, 22:00
    • 384

Göygöldə qəzada xəsarət alan tibbi bacısı xəstəxanada ölüb - FOTO

Göygöldə 12 gün əvvəl yol qəzasında xəsarət alan qadın xəstəxanada dünyasını dəyişib.

1997-ci il təvəllüdlü Ayşə Hacıyeva müalicə aldığı Gəncə Beynəlxalq Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, 25 yaşlı qız həmin xəstəxanada tibb bacısı işləyib. Hadisə dekabrın 1-də rayonun Aşıqlı kəndinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 1 nəfər hadisə yerində ölüb, 4 nəfər isə xəsarət almışdı.

Faktla bağlı cinayət işi açılıb. /APA/