Azərbaycanda ilk dəfə - “Celentano Tribute Show”
    • 16-01-2019, 16:30
    • 604

Azərbaycanda ilk dəfə - “Celentano Tribute Show”

Bakıda ilk dəfə, sevgililər gününə özəl olaraq keçiriləcək təkrarsız İtaliya layihəsi Celentano Tribute Show nümayiş etdiriləcək.

News24.az xəbər verir ki, bütün dünyada trend olan “Celentano Tribute Show” fevralın 13-də Heydər Əliyev Sarayında baş tutacaq. Konsert proqramı əfsanəvi dünya ulduzu Adriano Celentanonun 80 illik yubileyi şərəfinə keçiriləcək.

Əfsanəvi Adriano Celentanonun ən sevimli xitləri və performansları Maurizio Schweizerin ifasında Azərbaycan tamaşaçısına təqdim olunacaq. Maurizio Schveizer mükəmməl aktyor və müğənni Adriano Çelentanonun “rəsmi əkiz”idir. Bu şou sevimli italyan sənətkarın ən yaxşı mahnılarını eşitmək üçün əla şansdır.

Celentano Tribute Show öz rəngarəngliyi ilə də insanı heyran qoyur. Bütün çıxışlar detallarına qədər düşünülür. Xüsusi diqqət isə səhnə qəhrəmanının - Maurizio Schveizerin səhnə obrazına yetirilir.

İstedadı və böyük əməyi sayəsində Maurizio öz tanınmış əkizinin obrazının bütün detallarını - səsini və hərəkətlərini inanılmaz bacarıqla təkrarlaya bilir. Celentano Tribute Show bir çox dünya ölkələrində konsert proqramı ilə çıxış edərək, tamaşaçıları valeh edir. Buna misal olaraq, Moskvanın Crocus City Hall konsert zalında keçililən unudulmaz şouları qeyd etmək olar.

Bundan başqa, şou ABŞ teatrlarında da böyük uğurla nümayiş etdirilir. Fransa, Ukrayna, İspaniya, Latviya, Türkiyə, Qazaxıstan, Almaniya, Mold Moldova və sair ölkələrdə də uğur qazanan şou indi Azərbaycanda geniş tamaşaçı kütləsinə ilk dəfə təqdim olunacaq.

Biletləri İtiket və şəhərin bütün kassaları, eləcə də ASAN xidmət kassalarından almaq mümkündür.