Bakıda 17 yaşlı oğlan atasını bıçaqladı
    • 15-12-2022, 10:46
    • 190

Bakıda 17 yaşlı oğlan atasını bıçaqladı

Binəqədi rayonunda oğul atasını bıçaqlayıb.

News24.az xəbər verir ki, bu gün saat 03 radələrində 2005-ci il təvəllüdlü oğlan yaşadığı Novxanı bağlar sahəsindəki evdə atası, 1982-ci il təvəllüdlü Qiyamət Ağayevə bıçaqla bədən xəsarəti yetirib.

O, polis tərəfindən saxlanılıb. Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır./Qafqazinfo/