Yaşlı kişi özünü bıçaqladı
    • 21-07-2018, 10:11
    • 989

Yaşlı kişi özünü bıçaqladı

Suraxanı rayonunda intihara cəhd hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Yeni Günəşli yaşayış massivində qeydə alınıb.

1965-ci il Muradov Şəmil Teymur oğlu yaşadığı evdə özünə hələlik bilinməyən səbəblərdən bıçaqla zərbə vurub. Yaralı orta ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Onun hansı səbəbdən intihara cəhd etdiyi Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırılır.