Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı bəyanat verib
    • 16-01-2019, 17:57
    • 1 608

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı bəyanat verib

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə Azərbaycana küləklə birlikdə "donuz qripi" virusunun gəlməsi barədə yayılan məlumatlara aydınlıq gətirib. 

Nazirliyin bəyanatında bildirilib ki, bu barədə yayılan məlumat həqiqətəuyğun deyil. 
Qeyd olunub ki, ölkədə "donuz qripi" virusu yayılmayıb: "Ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir. Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidimioloji durum tam nəzarət altındadır". 

//Report