Bu gün Şuşa, Kəlbəcər və Laçında...
    • 17-12-2022, 12:43
    • 199

Bu gün Şuşa, Kəlbəcər və Laçında...

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Şuşa,  Kəlbəcər və Laçında dekabrın 17-də  hava şəraitinin  gün ərzində arabir az yağıntılı olacağı, axşam isə əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam 3 dərəcəyədək şaxta olacaq.


News24.az-a verilən məlumata görə, dekabrın 18-də hava şəraitinin  yağmursuz keçəcəyi, səhər və axşam arabir duman olacağı gözlənilir. Qərb küləyinin sürəti 3-8 m/s olacaq. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti  olacaq.


Dekabrın 19-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, arabir  duman olacağı gözlənilir. Zəif şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti  olacaq.